0
Monday 14 December 2020 - 15:15

Netanyahunun BƏƏ-yə səfəri ləğv olundu

Story Code : 903659
Netanyahunun BƏƏ-yə səfəri ləğv olundu
Sionist xəbər agentlikləri bu rejimin baş nazirinin BƏƏ-yə səfərinin təxirə salındığı barədə xəbər yayıb.

"Yedioth Ahronoth" qəzeti bildirib ki, işğalçı İsrail baş naziri Benyamin Netanyahunun bir neçə gün sonra üçün Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan səfəri təxirə salınıb.

Bildirilir ki, bu proqramla bağlı dəyişiklik işğal olunmuş Fələstində növbəti seçki keçirilməsi ilə əlaqəlidir. İsraildə növbəti uğursuz seçkilər sionist rejimdə ciddi böhran yaşanmasına səbəb olub. Netanyahunun BƏƏ-yə səfərinin hansı tarixdə baş tutacağı isə məlum deyil.

Bundan öncə KİV Netanyahunun sionist nazirlərin BƏƏ-yə yollanmasına mane olduğu barədə məlumat vermişdi. Bu qadağaya səbəb kimi isə Netanyahunun özünün BƏƏ-yə səfər edən ilk rəsmi olmaq istəməsi göstərilirdi.