QR CodeQR Code

Netanyahunun BƏƏ-yə səfəri ləğv olundu

14 Dec 2020 15:15

İslamTimes: İşğalçı İsrail baş nazirinin yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan səfərinin ləğv edildiyi barədə xəbər yayılıb


Sionist xəbər agentlikləri bu rejimin baş nazirinin BƏƏ-yə səfərinin təxirə salındığı barədə xəbər yayıb.

"Yedioth Ahronoth" qəzeti bildirib ki, işğalçı İsrail baş naziri Benyamin Netanyahunun bir neçə gün sonra üçün Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan səfəri təxirə salınıb.

Bildirilir ki, bu proqramla bağlı dəyişiklik işğal olunmuş Fələstində növbəti seçki keçirilməsi ilə əlaqəlidir. İsraildə növbəti uğursuz seçkilər sionist rejimdə ciddi böhran yaşanmasına səbəb olub. Netanyahunun BƏƏ-yə səfərinin hansı tarixdə baş tutacağı isə məlum deyil.

Bundan öncə KİV Netanyahunun sionist nazirlərin BƏƏ-yə yollanmasına mane olduğu barədə məlumat vermişdi. Bu qadağaya səbəb kimi isə Netanyahunun özünün BƏƏ-yə səfər edən ilk rəsmi olmaq istəməsi göstərilirdi.


Story Code: 903659

News Link :
https://www.islamtimes.org/az/news/903659/netanyahunun-bəə-yə-səfəri-ləğv-olundu

Islam Times
  https://www.islamtimes.org