QR CodeQR Code

Adam Schiff: ABŞ-a qarşı kiber hücumların arxasında bu üç ölkə dayanır

IslamTimes , 15 Dec 2020 11:52

İslamTimes: ABŞ Konqresinin Kəşfiyyat Komitəsinin sədri ABŞ-a edilən kiber hücumların arxasında İran, Rusiya və Çinin dayandığını iddia edib.


ABŞ Konqresinin Kəşfiyyat Komitəsinin sədri Adam Schiff bildirib ki, İran, Rusiya və Çin ABŞ-a qarşı güclü, geniş kiber hücumlarında əsas rol oynayan ölkələrdir.

Adam Schiff deyib: "Silahlanma yarışı gücləndikcə Rusiya, Çin və İrandakı dağıdıcı rol oynayan qüvvələr kiber hücumlarını son dərəcədə inkişaf etdiriblər. Bu hücumlar Amerika iqtisadiyyatını və milli təhlükəsizliyi hədəf alaraq milyonlarla amerikalı haqqında məlumat toplamaq üçün təşkil edilir..."

Bu iddialar ABŞ Maliyyə Nazirliyinin kiber hücumuna məruz qalmasından sonra səsləndirilib. Rəsmi Moskva isə ittihamları rədd edib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinə edilən kiber hücum Ağ Evdə Milli Təhlükəsizlik Şurasının təcili iclas keçirməsinə səbəb olub.


Story Code: 903860

News Link :
https://www.islamtimes.org/az/news/903860/adam-schiff-abş-a-qarşı-kiber-hücumların-arxasında-bu-üç-ölkə-dayanır

Islam Times
  https://www.islamtimes.org