0
Monday 8 August 2011 - 23:37

İsraildə növbədənkənar seçki siqnalı

Story Code : 90406
İsraildə növbədənkənar seçki siqnalı
İsraildə növbədənkənar seçki siqnalı
FaktXeber-in verdiyi məlumata görə, İsrail Parlamenti (Knesset) spikeri Reuven Rivlin, mövcud parlamentin 4 illik vəzifə müddətini tamamlamaq ehtimalının olmadığını qeyd edərək, "Qarşımızdakı ilin, sonrakı seçkilər üçün qərar veriləcək bir il olacağına inanıram", - deyə bildirib.

Rivlin, Knesset Tv-ə verdiyi açıqlamada, müxtəlif siyasi böhranların seçkilərin tezləşdirilməsinə səbəb olacağını, mövcud parlamentin 2013-cü ili görəcəyinə güman etmədiyini bildirib.

"Maliyyə və ictimai problemlər siyasi məsələlərlə birləşsə, koalisiyada da parçalanmaya yol aça bilər. Beləcə, özümüzü seçkilərə doğru apararıq", - deyə bildirib.

Qeyd edək ki, 120 üzvlü İsrail parlamentinə seçkilər, Qəzzaya təşkil edilən əməliyyatın kölgəsi altında 2009-cu ilin əvvəlində keçirilmişdi. Növbəti seçkilər isə qanuna görə 2013-cü ildə keçirilməlidir.
Comment