QR CodeQR Code

Koronavirus pandemiyası 2021-ci ildə bitəcək - Baş nazir

16 Dec 2020 08:51

İslamTimes: Kanadanın baş naziri Castin Trüdo hesab edir ki, yeni növ koronavirus (COVİD-19) pandemiyası 2021-ci ildə bitəcək.


Modern.az "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə baş nazir jurnalistlərə açıqlamasında bildirib.

C.Trüdo deyib: "Çox uzun bir il oldu, ancaq 2021-ci ildə bu pandemiya sona çatdıqda sizinlə birlikdə bunu qeyd edə bilərik. Biz vaksinlərin hazırlanması ilə pandemiyanın sonunu görürük".

Baş nazir qeyd edib ki, pandemiya davam etdiyi müddətdə kanadalılar özlərini qorumalıdırlar.

 


Story Code: 904064

News Link :
https://www.islamtimes.org/az/news/904064/koronavirus-pandemiyası-2021-ci-ildə-bitəcək-baş-nazir

Islam Times
  https://www.islamtimes.org