0
Wednesday 16 December 2020 - 21:10

Qrossi: İran dünyada təhlükəsizlik və sabitlik tərəfdarıdır

Story Code : 904185
Qrossi: İran dünyada təhlükəsizlik və sabitlik tərəfdarıdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi çərşənbə günü verdiyi bir müsahibədə ABŞ-ın iki öncə HBFP razılaşmasından çıxmasını tənqid edib. Qrossi İranın dünyada təhlükəsizlik və sabitlik tərəfdarı olan bir ölkə olduğunu da bildirib.

CBS News-a verdiyi müsahibədə Qrossi deyib: “İran nüvə fəaliyyətini davam etdirir. Bildiyiniz kimi bu fəaliyyət 2015-ci ildə 5+1 ölkələri ilə imzalanan bir razılaşma çərçivəsində həyata keçir. Yəqin xatırlayırsınız ki, ABŞ iki il öncə, 2018-ci ildə HBFP müqaviləsindən bir tərəfli şəkildə çıxdı. Buna cavab olaraq İran da razılaşmada qeyd olunan öhdəlikləri yerinə yetirməkdən tədricən geri çəkilməyə qərar verdi."

Qrossi ABŞ-da yeni hakimiyyətin razılaşma ilə bağlı problemləri yoluna qoyacağına ümid etdiyini bildirib.
Source : IslamTimes