0
Thursday 17 December 2020 - 00:43

Çin: HBFP sazişi ilə bağlı təkrar müzakirələrə qarşıyıq!

Story Code : 904221
Çin: HBFP sazişi ilə bağlı təkrar müzakirələrə qarşıyıq!
Çin Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Bürosunun baş direktoru Fu Kunq, İranla imzalanmış razılaşma ilə bağlı BMT-nin iclası sonrası bildirib ki, Pekin təkrar müzakirələri qəbul etmir!

Müştərək Komissiyanın İranla bağlı iclasında Çini təmsil edən Fu deyib:

"İran açıq şəkildə bəyan etdi ki, ABŞ HBFP sazişinə nə vaxt qayıtsa və bütün sanksiyaları ləğv etsə, rəsmi Tehran da öhdəçiliklərini yerinə yetirməyə geri dönəcək...

Bildiyiniz kimi ABŞ bu razılaşmanı tərk edərək yeni sanksiyalar tətbiq edənədək, İran nümunəvi şəkildə öz öhdəçiliklərini yerinə yetirirdi!

Bu gün Çin HBFP sazişi ilə bağlı təkrar müzakirələrə qarşıdır və bu qarışıq vəziyyətdən çıxış yolunu ABŞ-ın sazişə dönməsində görür."
Source : IslamTimes