QR CodeQR Code

Yelisey Sarayı: Makron koronavirusa yoluxdu!

IslamTimes , 17 Dec 2020 15:29

İslamTimes: Yelisey Sarayı Fransa prezidentinin koronavirusa yoluxduğu barədə məlumat yayıb


"Bloomberg" informasiya agentliyi xəbər verir ki, Yelisey Sarayı bir neçə saat öncə Fransa Prezidenti Emmanuel Makronun Covid-19 testinin müsbət çıxdığını elan edib.

Yelisey Sarayından verilən məlumata görə, Fransa prezidenti xəstəliyin ilkin əlamətlərini müşahidə etdikdən sonra Covid-19 testindən keçib. Nəticə müsbət olduqdan sonra onun yeddi gün karantinada qalması barədə qərar verilib. Makron karantina şəraitində işinə uzaqdan davam edəcək.

Yelisey Sarayının açıqlamasında Makronun xəstəliyinin təfərrüatları və əlamətləri barədə ətraflı məlumat verilməyib.

Son statistikaya görə, Fransada indiyədək 2 milyon 409 mindən çox insan koronavirusa yoluxub və onlardan 59 mindən çoxu həyatını itirib.


Story Code: 904340

News Link :
https://www.islamtimes.org/az/news/904340/yelisey-sarayı-makron-koronavirusa-yoluxdu

Islam Times
  https://www.islamtimes.org