0
Saturday 19 December 2020 - 14:00

Çin dünyanı xəbərdar etdi: "Heç kəs rahatlaşmasın ki..."

Story Code : 904734
Çin dünyanı xəbərdar etdi: "Heç kəs rahatlaşmasın ki..."
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Çin Xalq Respublikası Dövlət Səhiyyə Komitəsi rəhbərinin müavini Tszen İsin çıxış edib.

“Peyvəndin effektivliyinə və təhlükəsizliyinə əmin olduğumuza baxmayaraq, peyvənd edildikdən sonra da hər kəsdən maska taxmaq, sosial məsafəni qorumaq və əllərin gigiyenasına riayət etmək kimi fərdi qoruyucu tədbirlərin görülməsinə davam etməyi tələb edirik, çünki peyvəndin effektivliyi yüz faiz deyil. Hazırda dünyada effektivliyi yüz faiz olan peyvənd yoxdur”, – deyə məmur keçirdiyi brifinqdə deyib.

Çin Dövlət Səhiyyə Komitəsi şənbə günü əhalinin risk qrupuna daxil olanlarının peyvənd edilməsi üçün işə başladığını bəyan edib.

Çində epidemioloji vəziyyət stabildir, ölkədə virusun xaricdən gətirilmə ehtimalı əsas təhlükə hesab edilir.

Epidemiyanın başlanğıcından bəri Çində 86 806 nəfər yoluxub, onlardan 4634-ü ölüb, 81 865-i sağalıb. Hazırda xəstəxanalarda 307 nəfər COVID-19 xəstəsi var.