0
Saturday 19 December 2020 - 15:33

Pompeo: HBFP sazişinə qayıtmaq amerikalılar üçün təhlükə deməkdir!

Story Code : 904749
Pompeo: HBFP sazişinə qayıtmaq amerikalılar üçün təhlükə deməkdir!
Əl-Ərəbiyyənin yazdığına görə, ABŞ dövlət katibi Mayk Pompeo rəsmi Vaşinqtonun İranla nüvə sazişinə qayıtması ilə bağlı xəbərdarlıq edib.

Mayk Pompeo Fox News-a verdiyi müsahibədə deyib: "2015-ci ildə İranla nüvə anlaşması imzalandıqdan sonra Yaxın Şərqdə vəziyyət dəyişdi. Baydenin İranla imzalanmış HBFP sazişinə qayıtmaq qərarı çox təhlükəlidir. Bayden və tərəfdarları İranın hərəkətlərindən razıdır və bu ölkənin dünyada "terror aktları" həyata keçirməsinə şərait yaratmaq istəyirlər."

ABŞ Dövlət katibi daha öncələr də dilə gətirdiyi əsassız iddialarını bir daha təkrarlayaraq deyib: "Onlar (Obama və Bayden administrasiyası) İrana minlərlə çek və nağd pul verdilər. Əslində onlar Yaxın Şərqdə sülh və sabitliyin bərqərar edilməsi üçün üçün heç bir şey etməyiblər!"
Source : IslamTimes