0
Sunday 20 December 2020 - 10:11

AVROPA TƏHLÜKƏDƏ: Koronavirusun yeni növü SÜRƏTLƏ YAYILIR

Story Code : 904928
AVROPA TƏHLÜKƏDƏ: Koronavirusun yeni növü SÜRƏTLƏ YAYILIR
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş həkimi, professor Kris Uitti bəyan edib.

Onun sözlərinə görə, İngiltərənin Cənub-Şərqində yeni virus növünün yayılması ilə əlaqədar olaraq Tənəffüs Virusu Təhlükələri Məsləhət Şurası bu virusun daha sürətlə yayılacaq.

"Biz Ümumdünya Səhiyyə Təşkilatını xəbərdar etdik və anlayışımızın yaxşılaşması üçün mümkün məlumatları təhlil etməyə davam edirik. Yeni virus növünün daha yüksək ölüm halına səbəb olması və ya peyvəndlərə, müalicələrə təsir etməsi barədə hələ məlumat yoxdur, lakin bunu təsdiqləmək üçün təcili araşdırmalar aparılır", - deyə Uitti bildirib.

"Bu xəbərləri nəzərə alaraq, indi insanların öz ərazilərində virusun yayılmasını azaltmaq üçün hərəkətə keçmələri əvvəlkindən daha vacibdir”, - deyə baş həkim əlavə edib.

Qeyd edək ki, Britaniyanın Səhiyyə naziri Mett Henkok dekabrın 14-də ölkədə virusun yeni növünün aşkar edildiyini bildirib.