QR CodeQR Code

Tramp COVID-19 məhdudiyyətlərinə qarşı çıxdı

20 Dec 2020 11:54

İslamTmes: ABŞ-ın hazırkı prezidenti Donald Tramp “Twitter” səhifəsində Böyük Britaniyanın Baş naziri Boris Consonun pandemiya səbəbindən ölkənin bir sıra bölgələrində maksimum məhdudiyyətlərin tətbiq edilməsi barədə qərarından bəhs edib.


Modern.az “qazeta.ru”ya istinadən xəbər verir ki, ABŞ lideri paylaşımında yeni növ koronavirusla əlaqədar ölkəsində məhdudiyyətlərin tətbiq edilməsinə qarşı olduğunu bəyan edib.

“Biz məhdudiyyət istəmirik. Problemin həlli problemin özündən də pis ola bilməz”, deyə Tramp əlavə edib.

Xatırladaq ki, Britaniyanın Baş naziri Boris Conson ötən gün Londonda və krallığın bir sıra bölgələrində koronavirusun sürətlə yayılması səbəbindən məhdudiyyətlərin maksimum səviyyəsinə - dördüncü fazaya keçidlə bağlı qərar imzalayıb.


Story Code: 904934

News Link :
https://www.islamtimes.org/az/news/904934/tramp-covid-19-məhdudiyyətlərinə-qarşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org