0
Sunday 20 December 2020 - 12:14

Londonda qorxunc durum: İnsanlar şəhəri tərk edir...

Story Code : 904937
Londonda qorxunc durum: İnsanlar şəhəri tərk edir...
KİV minlərlə Londonlunun bu gündən etibarən İngiltərə paytaxtını tərk etdiyi ilə bağlı görüntülər yayımlayıb. Əhali sərt karantin başlamazdan öncə, "90-cı dəqiqə təlaşı" ilə Londonu tərk etməyə çalışır.

İngiltərənin Baş naziri Boris Conson ötən gün yeni növ koronavirusun daha sürətli şəkildə yayılmasını elan edib və bildirib ki, bazar günü London və ölkənin cənub-şərqində koronavirus pandemiyasının şiddətlənməsi səbəbi ilə 4-cü səviyyəli xəbərdarlıq rejiminə keçiləcək.

Conson deyib: “Yeni növ koronavirus daha sürətlə yayılır. Yeni növ virusun yoluxma sürəti əvvəlki tipdən 70 faiz daha sürətlidir."

Britaniyada bu günədək 3-cü səviyyə xəbərdarlıq rejimi tətbiq olunurdu. 4-cü səviyyə xəbərdarlıq ən yüksək xəbərdarlıq səviyyəsidir. Bu rejimdə insanların evlərdə qalmağına təkid edilir və qeyri-zəruri mağazalar bağlı olmalıdır!
Source : IslamTimes