0
Sunday 20 December 2020 - 18:02

Ağ Ev rəsmilərinə Rusiyanı ittiham etmək qadağan edilib!

Story Code : 904974
Ağ Ev rəsmilərinə Rusiyanı ittiham etmək qadağan edilib!
Tass xəbər agentliyinin verdiyi məlumata görə, Ağ Ev rəsmilərinə ABŞ hökumətinə edilən haker hücumu ilə bağlı Rusiyanı hədəf alan bəyanatlar vermək qadağan edilib.

Associated Press məlumatlı mənbəyə istinadən yazıb ki, Ağ Ev rəsmiləri Rusiyanın ABŞ hökumət idarələrinə haker hücumu etdiyi ilə bağlı bir bəyanat vermək istəyib, lakin son anda bu bəyanatın nəşr edilməsinə izn verilməyib.

Ağ Ev səlahiyyətliləri cümə günü Rusiyanı kiber hücumda "əsas oyunçu" olmaqda günahlandıran bir açıqlama verməyə hazırlaşıb. Amma son anda onlara geri çəkilmələri ilə bağlı əmr verilib. ABŞ-ın mühüm dövlət qurumlarına edilən son kiber hücumları bu ölkə tarixindəki ən ağır haker hücumu kimi xarakterizə edilir.
Source : IslamTimes