QR CodeQR Code

Yəmənə qarşı mühasirə onlarla insanın ölümü ilə nəticələnib

IslamTimes , 20 Dec 2020 20:39

İslamTimes: Yəmən Səhiyyə Nazirliyi bu ölkəyə qarşı davam edən blokada şəraitinin ölkədə onlarla insanın ölümü ilə nəticələndiyini və bu cinayətin Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiqləndiyini bildirib.


Russia Today-in verdiyi məlumata görə, Yəmən səhiyyə naziri Taha əl-Mütəvəkil Ümumdünya Səhiyyə Təşkilatına, eləcə də əlaqədar insan haqları təşkilatlarına, Birləşmiş Millətlər Təşkilatına, Qırmızı Xaç Cəmiyyətinə və UNİCEF-ə müraciət edərək, durumu yaxşı olmayan yəmənli əkiz uşaqların xilas edilməsini istəyib.

Bildirilir ki, Yəmənə qarşı hava hücumları və təcavüzkar koalisiyanın mühasirəsi səbəbindən Yəmən səhiyyə sistemi əkizlərin müalicəsi üçün lazımi xidməti göstərmək iqtidarında deyil. Səudiyyə Ərəbistanı və koalisiya qüvvələri Yəmənə tibbi avadanlıqlar, dərman təchizatlarının idxal edilməsinin qarşısını alır. Ali Səud rejiminin dünyanın gözü önündə işlədiyi bu cinayətlər səbəbindən Yəməndə on minlərlə körpə ölüm təhlükəsi ilə üz-üzədir!


Story Code: 905005

News Link :
https://www.islamtimes.org/az/news/905005/yəmənə-qarşı-mühasirə-onlarla-insanın-ölümü-ilə-nəticələnib

Islam Times
  https://www.islamtimes.org