QR CodeQR Code

Sisi Kəşfiyyat şefinə təlimat verdi

21 Dec 2020 01:05

İslamTimes: Misir Prezidenti Əbdülfəttah əs-Sisidən təlimat alan ölkənin kəşfiyyat şefi Abbas Kamilin Liviyanın şərqindəki Binqazi şəhərinə gəldiyi və qiyamçı qüvvələrin komandanı general Xəlifə Haftarla görüşdüyü bildirilib.


Teleqraf.com xəbər verir ki, bu barədə Misir rəsmi agentliyi MENA məlumat yayıb.

Məlumatda kəşfiyyat rəhbərinin Misir prezidentinin təlimatı ilə Haftarla görüşdüyü vurğulanıb. Bəzi vacib məsələlərin müzakirə olunduğu görüşdə Misirin bölgədəki hərbi fəaliyyətlərinə də toxunulub.

19-23 oktyabr tarixlərində tərəflər arasında Cenevrədə keçirilmiş görüşdə daimi atəşkəs anlaşması imzalanıb.

Liviyadakı legitim Milli Konsensus Hökumətini aradan götürmək məqsədilə paytaxt Tripoliyə hücum edən Xəlifə Haftar “terrorizmlə mübarizə” adı altında Misir rəhbərliyi tərəfindən dəstəklənir.

Misirin bölgədəki fəaliyyətləri Liviyanın legitim hökumətini dəstəkləyən Türkiyə ilə gərginliyə səbəb olub.


Story Code: 905034

News Link :
https://www.islamtimes.org/az/news/905034/sisi-kəşfiyyat-şefinə-təlimat-verdi

Islam Times
  https://www.islamtimes.org