0
Monday 21 December 2020 - 01:05

Sisi Kəşfiyyat şefinə təlimat verdi

Story Code : 905034
Sisi Kəşfiyyat şefinə təlimat verdi
Teleqraf.com xəbər verir ki, bu barədə Misir rəsmi agentliyi MENA məlumat yayıb.

Məlumatda kəşfiyyat rəhbərinin Misir prezidentinin təlimatı ilə Haftarla görüşdüyü vurğulanıb. Bəzi vacib məsələlərin müzakirə olunduğu görüşdə Misirin bölgədəki hərbi fəaliyyətlərinə də toxunulub.

19-23 oktyabr tarixlərində tərəflər arasında Cenevrədə keçirilmiş görüşdə daimi atəşkəs anlaşması imzalanıb.

Liviyadakı legitim Milli Konsensus Hökumətini aradan götürmək məqsədilə paytaxt Tripoliyə hücum edən Xəlifə Haftar “terrorizmlə mübarizə” adı altında Misir rəhbərliyi tərəfindən dəstəklənir.

Misirin bölgədəki fəaliyyətləri Liviyanın legitim hökumətini dəstəkləyən Türkiyə ilə gərginliyə səbəb olub.