0
Monday 21 December 2020 - 01:32

Sədr Hərəkatının lideri İraqdakı raket hücumu ilə bağlı açıqlama verdi

Story Code : 905036
Sədr Hərəkatının lideri İraqdakı raket hücumu ilə bağlı açıqlama verdi
Bağdaddakı ABŞ səfirliyi yaxınlığında baş verən hücumla bağlı Sədr "Dinc sakinlərin həyatını riskə atmaq milisin işidir, bunu daha əvvəl də qeyd etmişdik. Heç kimin dövlət nəzarəti xaricində silah gəzdirmək haqqı yoxdur", - deyib.
"Hökumət Bağdadda fövqəladə vəziyyət elan etməli və mülki şəxslərin, xarici missiya nümayəndələrinin təhlükəsizliyini təmin etmək üçün yalnız ordudan istifadə etməlidir", - deyən Sədr bu təhlükəsizliyin təmin olunmasında iştirak etməyə hazır olduğunu söyləyib. /Eastnews/