QR CodeQR Code

Pentaqon: Rusiya və Çinlə müharibə olsa...

21 Dec 2020 09:30

İslamTimes: ABŞ Hərbi Dəniz Donanması Rusiya və Çinə qarşı daha aqressiv hərbi strategiya yürüdəcək.


Axar.az xəbər verir ki, bu barədə “Qardian” nəşri məlumat yayıb.

Pentaqonun hesabatında deyilir ki, Rusiya və Çin indi ABŞ-ın həlledici rəqibləridir və xüsusilə Çin ən ciddi uzunmüddətli strateji təhlükə yaradır.

“Dünyanın hər nöqtəsində yerləşdirilən ABŞ Hərbi Dəniz Qüvvələri Rusiya və Çin gəmiləri ilə qarşılıqlı əlaqə qurur. Rusiya, yaxud Çinlə müharibə baş verəcəyi təqdirdə rəqib ABŞ və müttəfiqlərinin effektiv reaksiya verəcəyi əraziləri tutmağa çalışacaq”, - deyə bildirilib.


Story Code: 905071

News Link :
https://www.islamtimes.org/az/news/905071/pentaqon-rusiya-və-çinlə-müharibə-olsa

Islam Times
  https://www.islamtimes.org