0
Saturday 21 November 2020 - 13:07

“Şəhid süleymani məktəbinin meyarları” kitabının təqdimatı olub

Story Code : 905143
“Şəhid süleymani məktəbinin meyarları” kitabının təqdimatı olub
Hacı qasim süleymaninin şəhadətindən sonra onun barəsində söz açmaq çoxları üçün önəmli bir mövzuya çevrilmişdir. Belə bir vaxtda kitab yaxşı və mötəbər bir qaynaq ola bilər. Yaxın vaxtlarda çapdan çıxmış “Şəhid süleymani məktəbinin meyarları” kitabı da oxucuya lazımi və sənədli məlumat verən kitablardandır.
Kitabı qələmə alan Vəliyyi-fəqihin SEPAH Qüds Qüvvələrində təmsilçisi höccətül-islam Əli Şirazi Müqəddəs Müdafiə dövründən Hacı qasimin silahdaşı, yaxın və səmimi dostu olmuşdur. O, şəhid süleymaninin sözləri və xatirələri əsasında bütün məsələləri ehtiva edən, onun məktəb və təfəkkürünü sənəd əsasında nümayiş etdirən bir kitab yaranmasına səy etmişdir.
Kitaba dəyər verən digər məsələ də budur ki, yazıçı kitabı dəqiq mövzulara bölmüşdür, şəhid süleymaninin hər söz və xatirəsini İmam Xomeyni və Ali Məqamlı Rəhbərin mövzuya uyğun sözlərinin altında yerləşdirmişdir.
Müəllif kitabın bir hissəsində yazır:
“Şəhid Hacı qasim süleymaninin məktəbini izah etmək üçün əvvəl İslamı tanımalıyıq. Bundan sonra Peyğmbər (s) və Allah övliyalarının məktəbini izah etməli, İmam Hüseynin (ə) məktəbini dəqiq və dərindən tanımalıyıq. O vaxt İmam Xomeyni (r) məktəbi anlaşılır. İmam Xomeyni (r) məktəbinin tanınması ilə şəhid süleymani məktəbinin meyarları da tanınır.
Yazdıqlarımın hamısını burada izah etmək mümkün deyil. Biz bu kitabda çalışdıq ki, Məhəmmədin (s) xalis İslam məktəbinə, habelə İmam Hüseyn (ə) məktəbinə ümumi işarə etməklə, İmam Xomeyni (r) məktəbinin meyarlarını bəyan edək və İmam (r) məktəbinin meyarlarının izahı ilə yanaşı, şəhid süleymani məktəbinin meyarlarını onunla müqayisə edək.
Bunu da qeyd edək ki, yazdığımız meyarlar süleymani məktəbinin meyarlarından azacıq, eyni zamanda onların ən önəmli hissəsidir. Çünki bütün meyarları izah etmək mümkün deyil və oxucunu yora bilər. Bu meyarların açıqlanmasında şəhid süleymaninin sözlərindən faydalanmışıq, lazım olan yerlərdə başqalarının o şəhidə baxışlarına da yer vermişik ki, kitab oxucu üçün daha maraqlı olsun.
Sözsüz, bu kitab müqavimət cəhbəsinin başıuca və böyük şəhidinin şən və əzəməti barədə kitablar toplusu üçün bir başlanğıc olacaq.”
“Şəhid süleymani məktəbinin meyarları” kitabı Xətti-Muqəddəm nəşriyyatı tərəfindən çap edilmişdir.
Source : Nur-az.com
Comment