0
Monday 21 December 2020 - 15:18

Həriri ABŞ-ın Hizbullahla bağlı təzyiqlərini inkar etdi

Story Code : 905171
Həriri ABŞ-ın Hizbullahla bağlı təzyiqlərini inkar etdi
"Əl-Cümhuriyyə"nin yazdığına görə, yeni Livan hökumətini qurmaq vəzifəsini öhdəsinə götürmüş Səd Həriri deyib ki, ABŞ yeni Livan hökumətinin formalaşdırılması prosesində Hizbullahın iştirak etməsinə mane olmağa çalışmır. Həriri bildirib ki, ABŞ nəinki birbaşa, hətta dolayı yollarla belə Hizbullaha qarşı qərar qəbul edilməsi üçün təzyiq göstərməyib.

Livan mediası yazıb ki, Həriri Hizbullah ilə deyil, prezident Mişel Aunla problem yaşayır. Bundan əvvəl Mişel Aun prezidentin razılığı olmadan Həririnin, xüsusi ilə xristianları birtərəfli şəkildə nazir seçməsinə etiraz etmişdi.

Səd Həriri hazırda "Əl-Mustəqbəl" (Gələcək ) Hərəkatının rəhbəridir.
Source : IslamTimes