QR CodeQR Code

Həriri ABŞ-ın Hizbullahla bağlı təzyiqlərini inkar etdi

IslamTimes , 21 Dec 2020 15:18

İslamTimes: Səd Həriri ABŞ-ın Hizbullahın kənara qoyulması üçün təzyiq göstərdiyini inkar edib


"Əl-Cümhuriyyə"nin yazdığına görə, yeni Livan hökumətini qurmaq vəzifəsini öhdəsinə götürmüş Səd Həriri deyib ki, ABŞ yeni Livan hökumətinin formalaşdırılması prosesində Hizbullahın iştirak etməsinə mane olmağa çalışmır. Həriri bildirib ki, ABŞ nəinki birbaşa, hətta dolayı yollarla belə Hizbullaha qarşı qərar qəbul edilməsi üçün təzyiq göstərməyib.

Livan mediası yazıb ki, Həriri Hizbullah ilə deyil, prezident Mişel Aunla problem yaşayır. Bundan əvvəl Mişel Aun prezidentin razılığı olmadan Həririnin, xüsusi ilə xristianları birtərəfli şəkildə nazir seçməsinə etiraz etmişdi.

Səd Həriri hazırda "Əl-Mustəqbəl" (Gələcək ) Hərəkatının rəhbəridir.


Story Code: 905171

News Link :
https://www.islamtimes.org/az/news/905171/həriri-abş-ın-hizbullahla-bağlı-təzyiqlərini-inkar-etdi

Islam Times
  https://www.islamtimes.org