0
Tuesday 22 December 2020 - 00:15

ABŞ İŞİD liderlərini naməlum yerə təxliyə etdi

Story Code : 905282
ABŞ İŞİD liderlərini naməlum yerə təxliyə etdi
Bu barədə yerli mənbələr məlumat veriblər.

Məlumatda vurğulanır ki, İŞİD terrorçu qruplaşmasının 3 lideri Hasekə vilayətinin əş-Şəddadi şəhərindən vertolyot ilə bilinməyən bölgəyə köçürülüb.

"ABŞ hərbi qüvvələri əş-Şəddadi şəhərinin şərqindəki "Suriya Demokratik Qüvvələri"nin nəzarətində olan əl-Balqar həbsxanasında saxlanılan İŞİD terrorçularının 3 liderini çıxarıb. Onların hara aparıldıqları hələ məlum deyil", - deyə məlumatda qeyd edilib. /Eastnews/