QR CodeQR Code

İran və Rusiya neft-qaz sektorunda əməkdaşlığı genişləndirəcək

22 Dec 2020 10:21

İslamTimes: İran və Rusiya arasında neft-qaz sektorunda texniki əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub.


"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İranın neft naziri Bijən Zəngəne bildirib.

Məlumata görə, İranın neft naziri Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak və energetika naziri Nikolay Şulginovla danışıqlar aparıb.

"Rusiya rəsmiləri ilə görüş zamanı neft və qaz sektorunda texniki əməkdaşlığın inkişafı barədə razılığa gəldik", - B. Zəngəne vurğulayıb.

Nazir əlavə olaraq qeyd edib ki, İran və Rusiya neft bazarındakı vəziyyətin sabitləşdirilməsi və "OPEC+" çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıb. B. Zəngənenin fikrincə, hər iki tərəfin bu mövzu ətrafında fikirləri yaxındır və hər iki ölkə bazarın sabitliyini qorumaq lazım olduğuna əmindir.

B. Zəngəne Tehranın neft sənayesinin Rusiya investisiyalarında maraqlı olduğunu bildirib və Rusiyanı strateji tərəfdaş adlandırıb.


Story Code: 905368

News Link :
https://www.islamtimes.org/az/news/905368/iran-və-rusiya-neft-qaz-sektorunda-əməkdaşlığı-genişləndirəcək

Islam Times
  https://www.islamtimes.org