QR CodeQR Code

Cozef Bayden peyvənd olundu

22 Dec 2020 10:53

İslamTimes: ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden koronavirus əleyhinə peyvənd edilib.


Teleqraf.com xəbər verir ki, peyvənd proseduru Delaver ştatında, Nyuarkdakı "ChristianaCare" klinikasında baş tutub. Baydenin peyvənd edilməsini mətbuat nümayəndələri də izləyiblər.

Demokrat Partiyasının üzvü prosedur zamanı qoruyucu maskada olub. O, klinikanın işçi heyətinə təşəkkür edib.

ABŞ-ın yeni rəhbərinə "Pfizer" şirkətinin istehsalı olan ilk vaksini vurulub.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın hazırkı dövlət başçısı Donald Tramp da peyvənd edilməyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.


Story Code: 905379

News Link :
https://www.islamtimes.org/az/news/905379/cozef-bayden-peyvənd-olundu

Islam Times
  https://www.islamtimes.org