QR CodeQR Code

Tramp: "Pensilvaniyadan böyük xəbərlər olacaq"

22 Dec 2020 11:23

İslamTimes: ABŞ-da güc mübarizəsini davam etdirən və Amerika seçkilərində saxtakarlıqların baş verdiyini vurğulayan Tramp bildirib ki, Pensilvaniyadan böyük xəbərlər gələcək.


ABŞ Prezidenti Donald Tramp "Tvitter"də Demokrat namizəd Co Baydenin 3 noyabr prezident seçkilərində qalib gəldiyi barədə mətbuatda yayılan məlumatlara cavab olaraq bildirib:
"Pensilvaniya ştatından böyük xəbərlər olacaq. Bildirilməyən qanunsuz səslərdə böyük bir azalma var. Seçkilərdə saxtakarlıq olub".
Digər tərəfdən Trampın vəkili Rudi Culiani Ali Məhkəmədən poçt qərarlarına dair əvvəlki üç Pensilvaniya əyalət məhkəmə qərarının ləğv edilməsinə çağıran iddia qaldırıb.
On gün əvvəl ABŞ Ali Məhkəməsi Texas Baş Prokurorluğunun dörd əsas ştatın - Miçiqan, Viskonsin, Pensilvaniua və Corciyanın səslərini ləğv etmək iddiasını rədd edib. Keçən həftə Seçki Komitəsi 306 səslə Baydeni seçkinin qalibi elan edib. /Eastnews/


Story Code: 905388

News Link :
https://www.islamtimes.org/az/news/905388/tramp-pensilvaniyadan-böyük-xəbərlər-olacaq

Islam Times
  https://www.islamtimes.org