QR CodeQR Code

Rusiya: ABŞ HBFP sazişinə qayıtmaq üçün heç bir ön şərt qoymamalıdır!

IslamTimes , 22 Dec 2020 12:44

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyi təkidlə bildirib ki, ABŞ İranla imzalanmış HBFP sazişinə qayıtmaq üçün heç bir şərt irəli sürməməlidir!


"Tass" xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi HBFP sazişində iştirak etmiş ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü ilə bağlı açıqlama verərkən deyib: "ABŞ, HBFP sazişinə qayıtmaq üçün heç bir şərt irəli sürməməlidir! Tərəfdaşlarımız və biz bu sahədə birlikdə çalışmağa və Amerikanın düzgün istiqamətdə addımlamasına kömək etməyə hazırıq."

İclasda iştirak edən Rusiya Xarici İşlər Naziri Sergey Lavrov deyib: "Ümid edirik ki, yalnız hazırda HBFP sazişinə üzv olan ölkələr deyil, (sazişi tərk etmiş) Vaşinqton da HBFP sazişindəki bütün öhdəliklərini yerinə yetirəcək. ABŞ-ın BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə sadiq qalması bir seçim yox, vəzifədir!"

İran xarici işlər naziri ilə 4 + 1 qrupunun (Almaniya, Fransa, İngiltərə, Rusiya və Çin) qeyri-rəsmi görüşü bazar ertəsi AB xarici siyasət idarəsinin rəhbəri Cozef Borrellin iştirakı ilə baş tutub.


Story Code: 905415

News Link :
https://www.islamtimes.org/az/news/905415/rusiya-abş-hbfp-sazişinə-qayıtmaq-üçün-heç-bir-ön-şərt-qoymamalıdır

Islam Times
  https://www.islamtimes.org