QR CodeQR Code

Hizbullah: Şəhid Süleymani ABŞ üçün əzabverici şəxs idi

IslamTimes , 22 Dec 2020 16:54

İslamTimes: Şeyx N. Qasim bildirib ki, Qüds Qüvvələrinin şəhid edilmiş komandiri general Qasim Süleymani ABŞ üçün ən əzabverici şəxs olub və Vaşinqton bu səbəbdən onu terror edib!


Livanın Hizbullah Müqavimət Hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasim, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin terror edilmiş komandanı General Hacı Qasim Süleymaninin şəhid edilməsinin ildönümü ərəfəsində, Əl-Əhd xəbər saytına verdiyi müsahibədə şəhid generalın şücaətindən bəhs edib.

Şeyx Nəim Qasim deyib: "Şəhid Qasim Süleymani ABŞ-ın zülm dolu planlarına qarşı olmasaydı, Tramp ona qarşı birbaşa, açıq şəkildə sui-qəsd etmək qərarına gəlməzdi. Əgər onun uğurları və Müqavimət cəbhəsinin qələbələri olmasaydı Hacı Qasim insanların qəlbində bu qədər yüksək bir məqama sahib olmazdı."

Şeyx Nəim Qasim sözlərinin davamında deyib:
"ABŞ seçkilərinin nəticələri bizim üçün əhəmiyyətli deyil və zalım Trampın süqut etməsini zalımlar üçün bir dərs hesab edirik. Bayden haqda isə onun siyasətlərini gördükdən sonra nəzər versək daha doğru olar. Sadəcə yeni seçilmiş ABŞ prezidenti bilməlidir ki, bizim üçün torpaqlarımız və müstəqilliyimiz ən önəmli məsələdir. "

 


Story Code: 905448

News Link :
https://www.islamtimes.org/az/news/905448/hizbullah-şəhid-süleymani-abş-üçün-əzabverici-şəxs-idi

Islam Times
  https://www.islamtimes.org