0
Wednesday 23 December 2020 - 01:15

"Twitter" Trampın hesabını sıfırlayıb Baydenə verir

Story Code : 905544
"Twitter" Trampın hesabını sıfırlayıb Baydenə verir
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Trampın izləyiciləri Bayden və Ağ Evin rəsmi "Twitter" hesablarına köçürülməyəcək.

Bayden ABŞ prezident hesabı olan "@Potus" sıfır izləyici lə təhvil alacaq.

Hazırda Baydenin şəxsi "Twitter" hesabında 21,7 milyon izləyicisi var. "@Potus"un isə 33,2 milyon izləyicisi var.

Əsasən şəxsi "Twitter" hesabından istifadə edən Trampı 88,5 milyon sosial media istifadəçisi izləyir.