QR CodeQR Code

Fransada polislərə nümayişləri dronlarla ilzləmək qadağan olunub

23 Dec 2020 08:24

İslamTimes: Fransa Dövlət Şurası polis tərəfindən ölkədəki nümayişlərə nəzarət etmək üçün dronlardan istifadəni qadağan edib.


APA xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Bildirilir ki, Paris prefekturasının rəhbəri Didye Lalman “ictimai yerlərdə toplaşmış insanların dronlar vasitəsilə izlənilməsini dərhal dayandırmalıdır”.

Qeyd edək ki, Quadrature du Net (LQDN) cəmiyyəti Dövlət Şurasına müraciət edərək, “polisin inzibati məqsədləri üçün” pilotsuz uçuş aparatlarından istifadə edilməsindən narahatlığını bildirmişdi.

Dövlət Şurasının qənaətinə görə, dronlar vasitəsilə polis nəzarəti bu aparatların istifadəsini məhdudlaşdıran və istifadəsi üçün şərtləri müəyyənləşdirən “ilkin mətn olmadan” həyata keçirilə bilməz.

 


Story Code: 905617

News Link :
https://www.islamtimes.org/az/news/905617/fransada-polislərə-nümayişləri-dronlarla-ilzləmək-qadağan-olunub

Islam Times
  https://www.islamtimes.org