QR CodeQR Code

İran-Azərbaycan sərhədi sülh və dostluq sərhədidir – Mahmud Vaizi

23 Dec 2020 10:30

İslamTimes: “İran-Azərbaycan sərhədi sülh və dostluq səhədidir. Azərbaycanla Ermənistanın hərbi qarşıdurmasının bitməsindən sonra regionda yeni şəraitlər yaranıb, ona görə qarşılıqlı məsələlər barədə fikir mübadiləsini davam etdirməliyik..."


“İran-Azərbaycan sərhədi sülh və dostluq səhədidir.  Azərbaycanla Ermənistanın hərbi qarşıdurmasının bitməsindən sonra regionda yeni şəraitlər yaranıb, ona görə qarşılıqlı məsələlər barədə fikir mübadiləsini davam etdirməliyik. İndiyə qədər keçirilən üçtərəfli görüşlər bundan sonra beştərəfli də ola bilər.”

SalamNews MehrNews-a istinadla xəbər verir ki, bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşü zamanı deyib.

Tehranda Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən M.Vaizi iki ölkə əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyindən söz açıb, dəmir yol, enerji, su barajları, və hidroqovşaqların inşası və sair birgə layihələrin tez bir zamanda həyata keçirilməsini istəyib.

O deyib:

“İran da Azərbaycan Respublikası kimi bu sərhədlərə dostluq, qardaşlıq və sülh sərhədi kimi baxır. Biz indi düşünürük ki əlaqələrin daha da dərinləşdirilməsinin zamanıdır. İran, Rusiya və Azərbaycanın üçtərəfli toplantılarının keçirilməsi kimi, Rusiya, Türkiyə, Ermənistan, Azərbaycan və İranın beştərəfli iclasları da, ölkələr arasında mümkün anlaşılmazlıqları aradan qaldıra bilər.”

Mahmud Vaizi bu görüşdə əlavə edib ki, hətta koronavirus pandemiyası dövründə iki ölkənin əlaqələri bir gün belə dayanmayıb. O əlavə edib ki, iki ölkənin, avtobus, ağır yük maşınları, və traktor zavodlarının tikintsilə bağlı işləri yaxşı irəliləyir.


Story Code: 905619

News Link :
https://www.islamtimes.org/az/news/905619/iran-azərbaycan-sərhədi-sülh-və-dostluq-sərhədidir-mahmud-vaizi

Islam Times
  https://www.islamtimes.org