QR CodeQR Code

Sionist rejim hər günü 300 HƏMAS üzvünü şəhid etməyi planlayır!

IslamTimes , 23 Dec 2020 18:04

İslamTimes: Sionist rejim ordusu Qəzza zolağında planlanan müharibə zamanı hər gün 300 Həmas üzvünü terror etməyi planlaşdırır.


Maariv qəzeti yüksək rütbəli təhlükəsizlik mənbələrinə istinadən yazıb: "İsrail ordusunun Baş Qərargah rəisi general Avio Kuxavi Qəzza zolağında planlaşdırılan gələcək günlərdəki müharibədə hər gün 300 HƏMAS üzvünü qətlə yetirməyi planlaşdırır.

Maarivin yazdığına əsasən, bu plan 14 ildir mühasirədə saxlanılan Qəzza zolağına qarşı müharibənin növbəti mərhələsidir. Uzun zamandır ki, bu qətliam üçün plan cızılır.

Sionist rejim uzun müddətdir ki, HƏMAS-la razılaşma əldə etmək ardıncadır. Amma Müqavimət Cəbhəsi Fələstin torpaqlarının işğalına göz yumaraq İsraillə sazişə getməyəcəyini bildirib. Sionist rejim məhz bu səbəbdən HƏMAS üzvlərinin kütləvi şəkildə terror edilməsi ilə onları gücsüz bir duruma salaraq, müzakirə masası arxasında oturmağa məcbur etməyə çalışır.


Story Code: 905727

News Link :
https://www.islamtimes.org/az/news/905727/sionist-rejim-hər-günü-300-həmas-üzvünü-şəhid-etməyi-planlayır

Islam Times
  https://www.islamtimes.org