0
Wednesday 23 December 2020 - 18:28

Tramp mülki vətəndaşları qətlə yetirmiş cinayətkarları əfv etdi!

Story Code : 905734
Tramp mülki vətəndaşları qətlə yetirmiş cinayətkarları əfv etdi!
ABŞ Prezidenti Donald Tramp İraqda 14 mülki şəxsi qətlə yetirən Blackwater Təhlükəsizlik Şirkəti üzvlərinin əfv edilməsi barədə göstəriş verib.

Bu hərbçilər İraqdakı "Blackwater" rüsvayçılığı ilə bağlı qalmaqalda iştirak ediblər.

Seçkiləri uduzduqdan sonra məğlubiyyəti qəbul etməyən Trampın bu əfv qərarının böyük səs-küyə səbəb olacağı gözlənilir.

ABŞ prezidentinin əfv etdiyi hərbçilərin arasında 2007-ci ildə ömürlük həbs cəzasına məhkum edilmiş Nikolas Selaton da var. Bu cinayətkarlar 16 sentyabr 2007-ci ildə Bağdaddakı Əl-Nusar meydanında bütün dünyada qalmaqala səbəb olmuş bir cinayətə imza atıb. Onlar mülki İraq vətəndaşlarını atəşə tutaraq, 14 iraqlını qətlə yetirib, 17 nəfəri yaralayıb.
Source : IslamTimes