0
Thursday 24 December 2020 - 09:19

Mutasiya etmiş koronavirus sionist rejimə çatdı!

Story Code : 905847
Mutasiya etmiş koronavirus sionist rejimə çatdı!
İşğalçı İsrail həkimləri Böyük Britaniyada aşkar edilmiş koronavirusun mutasiya etmiş yeni növünə yoluxmuş 4 nəfər aşkar ediblər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə sionist rejimin Səhiyyə Nazirliyi məlumat verib.

Bildirilib ki, mərkəzi laboratoriyada aparılan yoxlamalar zamanı bu yaxınlarda Britaniyada aşkar edilmiş yeni koronavirus variantına yoluxma hadisəsi aşkarlanıb. Yoluxmuş xəstələrdən 3 nəfəri son günlərdə Britaniyadan ölkəyə gəlib. Onlar xüsusi dövlət karantin mərkəzlərində təcrid olunmaqdadır. Digər şəxs isə yerli vətəndaşdır”.

Hadisə ilə bağlı epidemioloji istintaq başladılıb.

Xatırladaq ki, dekabrın 14-də Britaniya Səhiyyə naziri Mett Henkok ingilis alimləri tərəfindən ölkənin cənub-şərqində koronavirusun sürətli yayılan mutasiya etmiş yeni növünün aşkar edildiyini bildirib.