0
Thursday 24 December 2020 - 12:22

Səudiyyə rejiminin Yəməndəki cinayətlərinin 2100 günlük dəhşətli statistikası

Story Code : 905911
Səudiyyə rejiminin Yəməndəki cinayətlərinin 2100 günlük dəhşətli statistikası
Deyerler.org Ansarollah-a istinadən xəbər verir ki, Əynul İnsəniyə İnsan Hüquqları və İnkişaf Mərkəzi 2100 gün ərzində Yəmənə qarşı amansız ABŞ-Səudiyyə rejimi-BƏƏ təcavüzünün qurbanlarının statistikasını açıqlayıb.

Mərkəzin bu gün (24 dekabr) dərc etdiyi hesabatında, Yəmənə təcavüzkar hücumların başladığı gündən indiyə qədər 43397 yəmənlinin həlak olduğunu və yaralandığını açıqlayıb.

Yəmənə qarşı işğalçı hücumlarını davam etdirən ABŞ-Səudiyyə rejimi-BƏƏ koalisiyası 2100 gün ərzində 3804-ü uşaq və 2389-u qadın olmaqla 17042 mülki şəxsi qətlə yetirib, 4128 uşaq və 2801 qadın olmaqla 26355 mülki şəxsi yaralayıb.

Hesabata görə, Yəmənə qarşı yarım milyondan artıq həyata keçirilən hücumlarda 569283 yaşayış binası məhv edilib. Bundan başqa, 1099 məktəb, 389 xəstəxana ilə səhiyyə mərkəzi, 177 universitet və ali təhsil binası, 7005 kənd təsərrüfatı sahəsi, 1393 məscid, 47 informasiya obyekti, 245 arxeoloji abidə, 366 turizm obyekti təcavüzkar hücumlarda məhv edilib.

Təcavüzkar hücumlarda, həmçinin 15 aeroport, 16 liman, 4490 yol və körpü, 305 elektrik stansiyası və generator, 2118 anbar və su şəbəkəsi, 545 rabitə stansiyası da daxil olmaqla ümumilikdə 9526 infrastruktur obyekti hədəfə alınıb.

Hesabatda eləcə də, 393 müxtəlif fabrik, 11365 ticarət müəssisəsi, 678 bazar, 411 toyuq və heyvandarlıq təsərrüfatı, 899 ərzaq mağazası, 391 yanacaqdoldurma məntəqəsi, 7299 nəqliyyat vasitəsi, 289 yanacaq anbarı, 794 qida yük maşınını, 463 balıqçı gəmisi olmaqla 22913 sənayə və iqtisadi müəssisənin məhv edildiyi bildirilib.