0
Tuesday 9 August 2011 - 18:35

İngiltərədə vəziyyət nəzarətdən çıxır

Story Code : 90609
İngiltərədə vəziyyət nəzarətdən çıxır
İngiltərədə vəziyyət nəzarətdən çıxır
Milli.Az "Sky News"a istinadən xəbər verir ki, Londonda baş verən toqquşmalar nəticəsində ilk insan təlafatı qeydə alınıb. Xəsarət alaraq xəstəxanaya yerləşdirilmiş 26 yaşlı gənc dünyasını dəyişib.

Bu arada London küçələrinə ordu yeridilə biləcəyi açıqlanıb. Rəsmi dairələr hazırda bu məsələnin müzakirə olunduğunu bildirir.

Milli.Az xəbər portalının BBC-yə istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın baş naziri Devid Kemeron iğtişaşlarda iştirak edən 450-dək insanın həbs edildiyini bildirib. O, London küçələrində asayişin bərpa olunmasına 16 mindən artıq polisin cəlb edildiyini söyləyib.
Comment