0
Saturday 26 December 2020 - 00:02

Paşinyan erkən parlament seçkiləri ilə bağlı siyasi qüvvələri məsləhətləşmələrə dəvət edib

Story Code : 906201
Paşinyan erkən parlament seçkiləri ilə bağlı siyasi qüvvələri məsləhətləşmələrə dəvət edib
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “facebook” səhifəsində yazıb.

Baş nazir, həmçinin, müxalifətin istefa tələbinin xalq tərəfindən dəstəklənmədiyini vurğulayıb. Qeyd edib ki, hakimiyyətin qorunması üçün güc tətbiq etmədiyi üçün müxalifət sərbəst hərəkət edir.