QR CodeQR Code

Hizbullah: İsrail ilə müharibə ehtimalı var

IslamTimes , 26 Dec 2020 01:13

İslamTimes: Livanın Hizbullah Hərəkatının İcra Şurasının sədri sionist rejimlə müharibə ehtimalının olduğunu bildirib


Livanın Hizbullah Hərəkatının İcra Şurasının sədri Haşim Səfi əd-Din "Əl-Nur" radiosuna verdiyi müsahibədə deyib: "Böyük bir müharibə üçün zəminə yoxdur. Amma İsrail ilə müharibə ehtimalı var. Kimlərinsə ürəyində qorxu hissi yaratmaq istəmirik. Sadəcə məsuliyyətli davranaraq, bu ehtimalın olduğunu bildiririk."

O əlavə edib: "İsrail bu gün Müqavimətə qarşı müxtəlif variantları nəzərdən keçirir. Bu da onların məğlub olmasının əlamətidir."

Səfi əd-Din sözlərinin davamında deyib: "Livan xalqının qida baxımından böhran yaşamasına icazə verməyəcəyimizi söyləmişdik və hələ də sözümüzün üzərində dayanırıq. Üzərində işlədiyimiz plan birdəfəyə ərsəyə gəlməyib. Bu planın gerçəkləşməsi üçün əməkdaşlıq və həmrəyliyə ehtiyac var... Bu gün ABŞ da hədəfinə çatmadığına görə məyusdur. Biz ilk günlərdən ABŞ-ın sanksiyalarının Hizbullahı zəiflətməyəcəyini söyləmişdik!"


Story Code: 906204

News Link :
https://www.islamtimes.org/az/news/906204/hizbullah-israil-ilə-müharibə-ehtimalı-var

Islam Times
  https://www.islamtimes.org