QR CodeQR Code

Ərdoğan: "İsrail ilə təhlükəsizlik sahəsində əlaqələrimiz davam edir"

IslamTimes , 26 Dec 2020 01:59

İslamTimes: Türkiyə prezident R.T. Ərdoğan sionist rejimdə ən başda oturanlarla problemlər olduğunu söyləyərək, İsrail ilə təhlükəsizlik sahəsində əlaqələrin davam etdiyini qeyd edib.


Türkiyənin işğalçı İsrail ilə kəşfiyyat əlaqələrini davam etdirdiyini söyləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Bəzi ölkələrlə olduğu kimi, İsraillə də yaşanan problem ən başda oturanlar səbəbindəndir, onlarla problem yaşamasaydıq, əlaqələrimiz çox fərqli ola bilərdi."

Cümə namazından sonra jurnalistlərin gündəmə dair suallarını cavablandıran Ərdoğan əlavə edib: "İsrailin Fələstinlə bağlı siyasəti Türkiyənin qırmızı xəttidir. Onların Fələstin ərazilərinə münasibətini Ankaranın qəbul etməsi qeyri-mümkündür. Bu, nə ədalət anlayışımıza, nə də ölkələrin ərazi bütövlüyünə hörmət prinsipinə uyğundur. Bu məsələ İsraillə bizi bir-birimizdən fərqləndirən nöqtədir. Bu problemlər olmasaydı, biz də onlarla münasibətlərimizi daha yaxşı bir səviyyəyə çatdırmaq istəyərdik..."


Story Code: 906205

News Link :
https://www.islamtimes.org/az/news/906205/ərdoğan-israil-ilə-təhlükəsizlik-sahəsində-əlaqələrimiz-davam-edir

Islam Times
  https://www.islamtimes.org