QR CodeQR Code

Sülhməramlılar Ermənistana məxsus hərbi kolonları Qarabağa buraxdı

26 Dec 2020 11:36

İslamTimes: Qarabağda yerləşdirilmiş rusiyalı sülhməramlılar son sutka ərzində görülən işlər barədə məlumat verib.


Modern.az xəbər verir ki, sülhməramlı kontingentin mətbuat xidməti dekabrın 25-də Azərbaycan Ordusuna aid 8 hərbi avtomobil karvanının Qırmızı Bazar-Şuşa yolu və Laçın dəhlizi ilə hərəkətini təmin etdiklərini açıqlayıb.

Bundan başqa, Ermənistan ordusuna məxsus 2 hərbi kolon isə Laçın dəhlizi vasitəsilə Qarabağ ərazisinə buraxılıb.

Sülhməramlılar 5 hektar ərazini partlamamış mərmidən təmizlədiklərini də açıqlayıb.


Story Code: 906261

News Link :
https://www.islamtimes.org/az/news/906261/sülhməramlılar-ermənistana-məxsus-hərbi-kolonları-qarabağa-buraxdı

Islam Times
  https://www.islamtimes.org