0
Sunday 27 December 2020 - 00:07

İraqda Yeni il gecələrində terror hücumu təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb

Story Code : 906410
İraqda Yeni il gecələrində terror hücumu təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb
APA “Al Sumaria” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Agentliyi məlumat yayıb.

“Diyala və Salah ed-Din əyalətlərində kəşfiyyat xidmətlərinin əməliyyat tədbirləri nəticəsində terror yuvası zərərsizləşdirilib və dörd nəfər saxlanılıb, onlardan biri Bağdadda yeni il şənliklərində özünü partlatmağı planlaşdıran kamikadzedir”, - məlumatda belə deyilir.

Onlar dindirilmə zamanı Milad və Yeni il gecələrində paytaxtda “sabitliyi pozmaq üçün təlimat aldıqlarını” etiraf ediblər.