0
Sunday 27 December 2020 - 19:44

Qasim Süleymaniyə sui-qəsd etməkdə 48 amerikalı günahlandırılır

Story Code : 906531
Qasim Süleymaniyə sui-qəsd etməkdə 48 amerikalı günahlandırılır
APA bildirir ki, bu barədə xalq qərargahının rəsmi nümayəndəsi Hüseyin Əmir-Əbdüllahian açıqlama verib.

O qeyd edib ki, yaxın gələcəkdə Süleymaninin terror edilməsi ilə bağlı məhkəmə qərarı olacağına ümid edir və İran məhkəmə sistemi bu məsələləri ciddi şəkildə izləyir.

Rəsmi nümayəndənin sözlərinə görə, şəhid edilmiş generalın qətlinə cavabdeh olan amerikalıların sayı 45 nəfərdən 48 nəfərə yüksəlib.

Xatırladaq ki, yanvar ayında Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasim Süleymani və İraqın Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi şəhidlik zirvəsinə ucalıb.