0
Sunday 27 December 2020 - 23:31

Nəsrullah: Mənim terror edilməyim İsrail, ABŞ və Səudiyyə Ərəbistanının ortaq istəyidir

Story Code : 906574
Nəsrullah: Mənim terror edilməyim İsrail, ABŞ və Səudiyyə Ərəbistanının ortaq istəyidir
Livanın Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah bazar günü Əl-Məyadin şəbəkəsinə müsahibə verib.

Həsən Nəsrullah yeni il münasibəti ilə bütün dünya məsihilərini və müsəlmanları təbrik etdikdən sonra, şəhid general Qasim Süleymani və Əbu Mehdi Mühəndisinin terror ildönümü münasibəti ilə başsağlığı verib.

Hizbullah baş katibi deyib: "Donald Trampın prezidentlik dönəminin son günlərində axmaq addımlar ata biləcəyi söylənilir. Əlbəttə ki, bu günədək bu iddialar psixoloji təsir göstərmək üçün səsləndirilib. Amma yenə də biz ehtiyatımızı əldən vermirik."

Seyid Həsən Nəsrullah əlavə edib: "ABŞ, Səudiyyə Ərəbistanı və İsrail uzun illərdir ki, Müqavimət Cəbhəsi komandirlərini, o cümlədən məni terror etməyə çalışır. Hətta Səudiyyə vəliəhdi Məhəmməd bin Salman ABŞ-a son səfəri zamanı Donald Trampdan məni aradan götürmək üçün yardım istəyib..."