0
Sunday 27 December 2020 - 23:59

"Tramp bu qərarı ilə ABŞ-ı rüsvay etdi!"

Story Code : 906575
"Tramp bu qərarı ilə ABŞ-ı rüsvay etdi!"
Minnesota Ştatından olan Demokrat Partiyasının Konqresdəki nümayəndəsi İlhan Ömər Twitter-də yayımladığı mesajında prezident Donald Trampı Blackwater şirkətinin dörd üzvünü əfv etdiyi üçün tənqid edib.

Twitter mesajında Blackwater üzvlərinin İraqda törətdikləri vəhşilikləri xatırladan İlhan Ömər yazıb: "Yada salın, 2007-ci ildə Blackwater şirkətinin dörd üzvü Bağdadın cəmiyyətin sıxlıq təşkil etdiyi bir meydanında 14 iraqlı mülki vətəndaşı qətlə yetirdi! Bu həftə Donald Tramp onları qeyd-şərtsiz əfv etdi. Bu ölkəmiz üçün rüsvayçılıqdır!"