0
Sunday 27 December 2020 - 22:59

Sionist rejimin Trampın son günləri üçün çirkin planı

Story Code : 906584
Sionist rejimin Trampın son günləri üçün çirkin planı
Vaşinqtondakı inadkar müttəfiqinin hakimiyyət dövrünün sona çatmasına sayılı günlər qalmış Sionist rejim işğal olunmuş Fələstin torpaqlarında minlərlə yaşayış massivinin inşası planını təsdiqləmək niyyətindədir.

Bəzi KİV-lərin verdiyi xəbərlərə əsasən, Tel Əviv işğalçı siyasətlərinin davamında Co Bayden vəzifəyə başlamazdan öncə məskunlaşma layihəsi çərçivəsində minlərlə mənzil inşa etmək niyyətindədir. İki həftə ərzində sionist rejimin minlərlə mənzilin inşası ilə bağlı qərar çıxaracağı gözlənilir.

İşğalçı İsrail rejimi təkcə 2020-ci ildə Fələstin əhalisinə məxsus 170 evi dağıdaraq, 400 fələstinlinin didərgin düşməsinə səbəb olub.