0
Monday 28 December 2020 - 02:13

Almaniyanın bir sıra bölgəsində koronavirusa qarşı peyvəndləmədən imtina edilib

Story Code : 906595
Almaniyanın bir sıra bölgəsində koronavirusa qarşı peyvəndləmədən imtina edilib
APA yerli DPA agentliyinə istinadən xəbər verir ki, narazılıqlar peyvəndin daşınması üçün texniki tələblərə uyğun çatışmazlıqlar səbəbindən baş verib.

Bu səbəbdən səlahiyyətlilər bazar günü nəzərdə tutulmuş peyvəndləməni təxirə salmaq məcburiyyətində qalıb.

Bildirilib ki, peyvəndlərin istehsal məntəqələrindən müvafiq yerlərə çatdırılması 70 dərəcə Selsidə quru buz dolablarında 5-15 gün ərzində çatdırılması təmin edilməlidir.

Lakin peyvəndin daşındığı qutularda temperatur xüsusi protokolun tələblərinə uyğun olmayıb. Buna görə həmin bölgənin sakinləri peyvənd olunmaqdan imtina ediblər.