0
Monday 28 December 2020 - 22:45

Moskva "HBFP 2" planına qarşı çıxıb

Story Code : 906782
Moskva "HBFP 2" planına qarşı çıxıb
Rusiya Xarici İşlər Nazirinin müavini bildirib ki, HBFP planına yeni əlavələr edilməsi səhv addımdır və mövcud vəziyyəti daha da pisləşdirəcək.

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Tvitter səhifəsində yazıb: "Rusiya Xarici İşlər Naziri Sergey Larovun son günlərdə təklif etdiyi qarşılıqlı addımlara əsaslanan plan HBFP sazişindəki vacib prinsipləri əhatə edir. Bu gün mövcud nüvə sazişinə yeni maddələr əlavə etmək işləri daha da çətinləşdirəcək. Bu səbəbdən "HBFP Plus" kimi yeni layihələr təklif etmək səhv və yersiz bir addımdır."

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova da bu yaxınlarda ABŞ-ın İranla nüvə razılaşmasına geri dönməsinin hər hansı bir ön şərtsiz olmasının zəruriliyi barədə danışmışdı.