QR CodeQR Code

Sionist rejimdə korona peyvəndi vurulan şəxs öldü

إسلام تايمز , 28 Dec 2020 23:35

İslamTimes: İşğalçı İsrail vətəndaşına korona peyvəndi vurulduqdan sonra o infarkt keçirib və həyatını itirib.


Jerusalem Post qəzetinin yazdığına görə, Sionist rejimin Səhiyyə Nazirliyi işğal olunmuş ərazilərin şimalında yaşayan 75 yaşlı bir kişinin korona peyvəndi vurulduqdan iki saat sonra ürək tutmasından öldüyünü təsdiqləyib.

Nazirlik bu şəxsin daha öncələr ürəyində problem olduğunu bildirərək, məsuliyyətdən yayınmağa çalışıb. Sionist rejimin Səhiyyə Naziri hadisə ilə əlaqədar istintaq başladıldığını bildirib.

Nazirliyin baş direktoru deyib: "Həyatını itirən ailənin dərdinə şərikik..."

Qeyd edək ki, peyvənd vurulan şəxs ehtiyat tədbiri olaraq bir müddət xəstəxanada gözlədikdən sonra durumunun yaxşı olduğunu görüb evinə dönüb. Amma evə çatdıqdan sonra infarkt keçirib.


Story Code: 906785

News Link :
https://www.islamtimes.org/az/news/906785/sionist-rejimdə-korona-peyvəndi-vurulan-şəxs-öldü

Islam Times
  https://www.islamtimes.org