0
Monday 28 December 2020 - 23:55

Ali-Səud rejimi Fələstin xalqını sionistlərə satdı?

Story Code : 906786
Ali-Səud rejimi Fələstin xalqını sionistlərə satdı?
Salman bin Abdul-Əziz dəfələrlə Ərəbistanın Fələstin xalqına xəyanət etməyəcəyini söyləməsinə baxmayaraq, artıq rəsmi Riyaz Tel-Əvivlə əlaqələri normallaşdırmağa çalışır.

Jerusalem Post qəzetinin məlumatına görə, işğalçı İsrail rejimi başçıları 2021-ci ilin sonunadək Səudiyyə Ərəbistanı ilə rabitələrin normallaşacağına inanır. Amma onlar çalışırlar ki, Tramp hakimiyyətdən getməmiş və ya Co Baydenin rəhbərliyinin ilk günlərində əlaqələrin bərpası zəminində addımlar atılsın.

Sionist rejimin Xarici İşlər Nazirliyi bu xəbəri təsdiqləməsə də, İsrailin Təhlükəsizlik Naziri Eli Kohen bildirib ki, Səudiyyə Ərəbistanı ilə əlaqələr normallaşacaq, amma bu hadisə 2021-ci ilin 20 yanvarınadək baş verə bilməz.