QR CodeQR Code

Ali-Səud rejimi Fələstin xalqını sionistlərə satdı?

إسلام تايمز , 28 Dec 2020 23:55

İslamTimes: "Səudiyyə rejimi 2021-ci ilin sonunadək sionist rejimlə rabitələri bərpa edəcək"


Salman bin Abdul-Əziz dəfələrlə Ərəbistanın Fələstin xalqına xəyanət etməyəcəyini söyləməsinə baxmayaraq, artıq rəsmi Riyaz Tel-Əvivlə əlaqələri normallaşdırmağa çalışır.

Jerusalem Post qəzetinin məlumatına görə, işğalçı İsrail rejimi başçıları 2021-ci ilin sonunadək Səudiyyə Ərəbistanı ilə rabitələrin normallaşacağına inanır. Amma onlar çalışırlar ki, Tramp hakimiyyətdən getməmiş və ya Co Baydenin rəhbərliyinin ilk günlərində əlaqələrin bərpası zəminində addımlar atılsın.

Sionist rejimin Xarici İşlər Nazirliyi bu xəbəri təsdiqləməsə də, İsrailin Təhlükəsizlik Naziri Eli Kohen bildirib ki, Səudiyyə Ərəbistanı ilə əlaqələr normallaşacaq, amma bu hadisə 2021-ci ilin 20 yanvarınadək baş verə bilməz.


Story Code: 906786

News Link :
https://www.islamtimes.org/az/news/906786/ali-səud-rejimi-fələstin-xalqını-sionistlərə-satdı

Islam Times
  https://www.islamtimes.org